EKVATOR MUSSONLARI

tropik qurşaq mussonlarıdır. Yanvarda Hind okeanın şimal hissəsində şimal-şərq (qış) mussonu əsir və ekvatoru keçir, iyulda isə cənub-qərb (yay) mussonu Cən. Asiyaya doğru əsir.
EKSARASIYA
EKVATORİAL İQLİM
OBASTAN VİKİ
Ekvator
Ekvator — şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən oxun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt, ən uzun paralel. Qvineya körfəzində Qrinviç meridianı ilə kəsişir. Ekvator xəttinin uzunluğu 40 min 76 kilometrdir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi eni 0°-dır. Ekvator xətti Yerin forması sayəsində göyə ən yaxın nöqtəsidir. Eyni zamanda, dəniz səviyyəsinin ən yüksək nöqtəsi ekvatordur.